
“TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq”
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən deyib.
“Əminəm ki, 2026-cı ildə yerində işə başlayacağıq. Məncə, ən sürətli iş elektrik xətlərinin istifadəyə verilməsi olacaq. Bu layihə həmçinin bir çox iş yeri yaradacaq və ümid edirəm ki, biz Ermənistan vətəndaşları vasitəsilə iş yerləri təmin edəcəyik və şirkətlər başqa ölkələrdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan bildirib ki, Gümrü-Türkiyə sərhədi və Yerasx-Naxçıvan sərhədi dəmir yolu hissələrinin yenidən qurulmasını 1-1,5 il ərzində həyata keçirəcəyik.
Daşqın HəsənovMissiya.Az