RU

Ötən il mikro sahibkarlar kreditlərinin 89.5%-ni onlayn rəsmiləşdirib -

Kapital Bank-ın sahibkarlara xidmət edən platforması Birbank Biznes-in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb. Onlardan böyük bir qismi 169 000 nəfəri mikro sahibkarlıqla məşğul olur. Metbuat.az xəbər verir ki, bu barədə məlumatı bankın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında verib. O qeyd edib ki, bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etmələridir:

“Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, Kiçik və Orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və Orta biznes və Korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni Birbank Biznes üzərindən edirlər”.

Избранный
15
1
metbuat.az

2Источники