RU

Müəyyən tarixi hadisələr Azərbaycanda ciddi humanitar fəlakətlər doğurub - Səbinə Əliyeva

Regionda baş vermiş müəyyən tarixi hadisələr Azərbaycanda ciddi humanitar fəlakətlər doğurub.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, tarixi mədəni irs hər bir xalqın kimliyini formalaşdırır:

"Tarix boyu regionda baş verənlərə görə Azərbaycan ciddi humanitar faciələrlə qarşılaşıb, minlərlə insanın fundamental hüquqları pozulub. İşğal dövründə də Azərbaycanın mədəni və dini irs nümunələrinə ciddi ziyan dəyib".

S.Əliyeva qeyd edib ki, bu hallar həm də ümumbəşəri dəyərlərin qorunması baxımından ciddi narahatlıq doğurur.

Ombudsmanın fikrincə, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa quruculuq işləri aparılır, lakin mina və partlayıcı qurğular təhlükəsiz qayıdışı və dayanıqlı inkişafı ləngidir:

Избранный
39
1
aznews.az

2Источники