RU

Ruslan karyerasını Türkiyə nəhəngində davam etdirəcək?

Türkiyə Super Liqasında iddialı heyət qurmaq istəyən "Trabzonspor" növbəti böyük transferini reallaşdırmaq üzrədir.

Fanat.Az xəbər verir ki, türkiyəlilər İtaliyanın "Cenoa" klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi Ruslan Malinovski ilə hər bir detalda razılıq əldə edib.

"HT Spor"un yaydığı məlumata görə, 32 yaşlı futbolçu ilə yaxın günlərdə 3 illik rəsmi müqavilə imzalanacağı gözlənilir.

Kariyeri ərzində "Atalanta" və "Marsel" kimi klubların formasını geyinmiş Ukrayna millisinin üzvü, uzaq məsafədən vurduğu qollar və məhsuldar ötürmələri ilə tanınır.

Statistik göstəricilərə nəzər salsaq, Malinovski cari mövsümdə A Seriyasında intizamı ilə də diqqət çəkib və 10 sarı vərəqə ilə "Cenoa"nın ən sərt oyunçularından biri olub.

Избранный
57
fanat.az

1Источники