RU

Ederson “Fənərbağça”dan bezib – Getmək istəyir

“Fənərbağça”nın qapıçısı Ederson Moraes klub rəhbərliyinə komandada xoşbəxt olmadığını bildirib.

İdmanxeber.az-ın məlumata görə, braziliyalı qolkiper azarkeşlər tərəfindən təhqir və təzyiqlərlə üzləşdiyini qeyd edərək mövsümün sonunda klubdan ayrılmaq istədiyini rəhbərliyə çatdırıb. Bildirilir ki, o, bu qərarını artıq bəzi komanda yoldaşları ilə də bölüşüb və mövqeyi qətidir.

Qeyd edək ki, təcrübəli qapıçı cari mövsümdə “Fənərbağça”nın heyətində bütün turnirlərdə 30-a yaxın oyunda meydana çıxıb.

Ederson Moraes bu qarşılaşmaların təxminən 10-da qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 25-dən çox qol buraxıb.

Избранный
68
10
idmanxeber.az

8Источники