ain.az, futbolpress-az saytına istinadən bildirir.
“Qarabağ”dan ayrılan Hamidu Keytanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu “Konyaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Keyta Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.