RU

Ukraynalı futbolçu Super Liqa nəhənginə keçəcək

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Cenoa" ilə müqaviləsi mövsümün sonunda başa çatan Ruslan Malinovskiy karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Trabzonspor" ukraynalı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Super Liqa nəhəngi 32 yaşlı futbolçu ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, "Cenoa" Ruslan Malinovskiyi 2024-cü ilin yayında "Marsel"dən 7 milyon avroya transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
17
sportal.az

10Источники