RU

Arne Slot “Liverpul”da qalır: Xabi Alonso planları təxirə salındı

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin “Liverpul” futbol klubunun rəhbərliyi baş məşqçi Arne Slotun gələcəyi ilə bağlı yekun qərarını verib. Hollandiyalı mütəxəssis gələn mövsümdə də mersisaydlıların sükanı arxasında qalacaq.

İdman.Biz “Sky Sports”a istinadla xəbər verir ki, klubun Çempionlar Liqasına vəsiqəni böyük ölçüdə təmin etməsi rəhbərliyin Slota olan etimadını yeniləyib.

Mövsüm ərzində nəticələrin qeyri-sabit olması səbəbindən onun vəzifəsindən kənarlaşdırılacağı və Xabi Alonsonun gətiriləcəyi barədə ciddi şayiələr yayılsa da, son qərar dəyişməz qalıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
88
18
icma.az

10Источники