“Kəpəz” akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalanıb.


Rekord.az xəbər verir ki, hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb.


16 yaşlı Raul hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.


Bu addım klubun gənc istedadlara verdiyi önəmin və Akademiyadan əsas komandaya keçidin davamlı xarakter aldığının göstəricisidir.


“Kəpəz”də məqsəd yalnız nəticə qazanmaq deyil, eyni zamanda öz yetirmələrini yetişdirərək əsas komandaya qazandırmaqdır. Raul və Şahnurun imzaladığı müqavilə də bu strategiyanın növbəti uğurlu addımıdır.