Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub.
Bildirilib ki, Tərtərçayda su sərfi saniyədə 9, Tutqunçayda 7, Həkəriçayda 13, Bəsitçayda 7, Zabuxçayda 4, Bərgüşadçayda 23, Oxçuçayda 14, Levçayda 7, Şəlvəçayda 3 kubmetrdir.