Göygöl rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb və elə yerindəcə dünyasını dəyişib.