RU

“Kəpəz” akademiyanın iki üzvü ilə peşəkar müqavilə bağlayıb

Bakı, 21 aprel, AZƏRTAC

“Kəpəz” futbol akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, hər iki futbolçu ilə sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

16 yaşlı Raul İsaqov hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur İsmayılov da yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada forma geyinir.

Избранный
27
6
azertag.az

8Источники