RU

Nar və xurma istehsalı ilə məşğul olan fermerlər təlimlərə cəlb ediliblər

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Balakən, 21 aprel, AZƏRTAC

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunan “Şərq tərəfdaşlığı ölkələrində yaşıl sövdələşməyə hazırlığın təşviqi” layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Almaniyanın “Sparkasse Bank”ının təşəbbüsü ilə Balakən Gənclər Evində “İqlim dayanıqlılığının idarə edilməsi” təlimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin açılışında İctimai Birliyin nümayəndəsi Anar Nağıyev tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıb.

Sonra maliyyə savadlılığı və iqlim dayanıqlığı üzrə təlimçi-ekspertlər Rauf Ağayev və Samirə Bağırova tərəfindən nar və xurma istehsalı ilə məşğul olan fermerlərə iqlim dəyişikliklərinə uyğun dayanıqlı kənd təsərrüfatı təcrübələri və maliyyə planlaşdırılması ilə bağlı məlumat verilib.

Təlim interaktiv simulyasiya oyunu, komanda əsaslı planlaşdırma mərhələləri və praktiki bilik-təcrübə sessiyaları ilə davam edib.

Qeyd edək ki, tədbirin əsas məqsədi fermerlərin iqlim riskləri barədə məlumatlılığını artırmaq, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri və risklərin qiymətləndirilməsi ilə bağlı biliklərini genişləndirmək, eləcə də onlarda uyğunlaşma strategiyalarının hazırlanması və dayanıqlı, ekoloji yönümlü təsərrüfat idarəçiliyi istiqamətində zəruri bilik və bacarıqların formalaşdırılmasına dəstək vermək olub.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
azertag.az

1Источники