Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişiklik edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzayıb.
Qərara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.
Belə ki:
- Əgər 9 ay (275 gün) ərzində heç bir qəzanız yoxdursa, sığorta qiymətiniz 5% ucuzlaşacaq.
- Törətdiyiniz hər bir qəzaya görə növbəti sığortanız 30% bahalaşacaq.
- Fiziki şəxslər üçün: Avtomobil sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olanın əmsalı tətbiq ediləcək. Yəni, əgər bir şəxsin yaxşı sığorta tarixçəsi varsa, o, daha aşağı sığorta haqqı ödəyəcək.
- Hüquqi şəxslər üçün: Əgər avtomobil sahibi şirkət (hüquqi şəxs)dirsə, onda sığorta tarixçəsi əmsalı həmişə 1 olacaq və burada heç bir güzəşt və ya əlavə tətbiq edilməyəcək.
- Taksi istifadə edən avtomobillər üçün: Taksi kimi işləyən avtomobillərin sığorta haqqı daha yüksək olacaq. Sığorta hadisəsi baş verdikdə, bu, şirkətin sığorta tarixçəsinə də təsir edəcək.
Bu Qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.
Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşır.
Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən, müəyyən edilən avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisna olmaqla, fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığı tarixdən əvvəlki son bir ay ərzində müvafiq nəqliyyat vasitəsinin sahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmiş bütün şəxslər nəzərdə tutulmuş sığorta tarixçəsi əmsalının tətbiqi zamanı nəzərə alınır.
Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-ə bərabərdir və həmin əmsala güzəşt və ya əlavə tətbiq edilməyəcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığortalı hüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə, sığorta tarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsini idarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığorta tarixçəsi əmsalına tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilk dəfə bağlanarkən, habelə müqavilə bağlamaq istəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupu üzrə baş vermiş və Büronun informasiya sistemində qeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1 əmsal müəyyən edilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanması dedikdə, Büronun informasiya sistemində həmin şəxs tərəfindən müvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığorta müqaviləsinin mövcud olmaması nəzərdə tutulacaq.
Digər hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı 1 əmsalına bərabər tutulur.
Dəyişikliklər qüvvəyə minənədək müvafiq Bonus-Malus qrupu üzrə 0.45, 0.50 və 0.55 Bonus-Malus əmsalı tətbiq edilən "Bonus-Malus" subyektlərinin bonus əmsalları bu Qərarın birinci hissəsi ilə nəzərdə tutulmuş dəyişikliklər qüvvəyə mindikdən sonra həmin subyektlərin sığorta tarixçəsi əmsalı olaraq müəyyən edilib.
Həmin subyektlərin təqsiri üzündən ilk sığorta hadisəsi baş verdikdə və həmin sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildikə onların sığorta tarixçəsi əmsalı 0.60 əmsal olaraq müəyyən olunub.
Qeyd olunan qaydalar iki ay sonra qüvvəyə minəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.