RU

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumat yayıb.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,5 faiz azalaraq 452,6 min nəfər olmuşdur.

Vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) getmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir.   

2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,0 faizi hava, 29,0 dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

İş elanları AzVak.az-da

Избранный
44
4
marja.az

10Источники