RU

“Yaxın Şərqdəki müharibələr BRİCS daxilində gərginlik yaradır” POLİTOLOQ

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Yaxın Şərqdəki müharibələr BRİCS təşkilatını çətin vəziyyətə salıb. Məsələ burasındadır ki, təşkilatın yeni üzvləri arasında İran və Birləşmiş Ərəb Əmirlikləri də var. İranın son müharibədə ən çox raket və dron atdığı ölkə məhz Birləşmiş Ərəb Əmirlikləri olub”.

Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:

“BRİCS ABŞ-ın və İsrailin İrana qarşı müharibənin əleyhinə olsa da, İranın təşkilatın digər üzvü – Birləşmiş Ərəb Əmirliklərinin bombalanmasına dəstək verə bilməzdi. Odur ki, təşkilatın vahid açıqlamasının əvəzinə BRİCS üzvləri ayrı-ayrılıqda müharibəylə bağlı bəyanatlar yayımlayıblar.

BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır. 2026-cı ilin yanvar ayından BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatında sədrlik Hindistana keçib. Bu ilin sentyabr ayında Yeni Dehlidə təşkilatın sammiti keçiriləcək. Hindistanda keçiriləcək sammitdə əsas diqqətin üzv ölkələr arasında ticarət və maliyyə məsələlərinin həllinə yönələcək. Üzv ölkələr milli valyutalar əsasında ticarəti təmin etməyə və dollardan asılılıqlarını azaltmağa çalışırlar. Bu məqsədlə rəqəmsal valyutalarla hesablaşmağın vacibliyi üzərində müzakirələr gedir. Üzv ölkələrin məqsədi SWIFT-ə alternativ hesablaşma sisteminin formalaşdırılmasıdır. Ancaq bu asan başa gəlməyəcək.

ABŞ tarixən dolların statusunu yüksək və milli təhlükəsizliyinin, o cümlədən iqtisadi dominantlığın dayağı kimi görüb. ABŞ Prezidenti Donald Tramp ticarətdə dollardan imtina etməyə çalışan ölkələri sanksiyalarla hədələyib. BRİCS ölkələrinin əksəriyyəti ABŞ-la ticarət əlaqələrinin genişlənməsində maraqlıdırlar. Odur ki, həmin dövlətlərin dollardan tamamən imtinası çətindir.

Bu arada, Rusiya ilə Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. İki ölkə arasındakı müqavilə bölgədə sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirir, humanitar yardım göstərir, təbii və texnogen fəlakətlərin fəsadlarını aradan qaldırır və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar. Müqavilənin Yaxın Şərqdə gərginliyin davam etdiyi vaxtda qüvvəyə minməsi sənədin strateji əhəmiyyətini artırıb.

Buna baxmayaraq, mövcud müqavilə Hindistanın Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Moskvaya dəstəyi anlamına gəlmir. Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı olaraq qalır. Rusiya bu ölkənin əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli Rusiyadan silah idxalını azaltmağa çalışır. Yeni Dehli ABŞ və Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirir”.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
icma.az

3Источники