RU

Ağdam şəhərində daha 92 ailəyə mənzillərinin açarları təqdim olunub YENİLƏNİB 1

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

525.az xəbər verir ki, 92 ailə olmaqla, 332 nəfər Ağdam sakini doğma yurduna qovuşub. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhəri sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.

***

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

525.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə — ümumilikdə 332 nəfər köçürülüb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

525.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə — ümumilikdə 332 nəfər köçürülüb.

Köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
1
525.az

8Источники