RU

Keçmiş məmura təhsil müəssisəsində yüksək vəzifəVERİLDİ

Tərtər Peşə Məktəbinə yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı əmr imzalayıb.

Əmrə əsasən, məktəbin inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.

Qeyd edək ki, Bəhruz Nəzərov 2003-cü ildə Kənd Təsərrüfatı Akademiyasında “İpəkçilik” ixtisası üzrə bakalavr, 2005-ci ildə isə həmin təhsil müəssisəsində “Biologiya və kənd təsərrüfatı əsasları” ixtisası üzrə magistr təhsili alıb.

O, 2022-ci ildə “Seleksiya və toxumçuluq” ixtisası üzrə aqrar elmlər sahəsində fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə Laçın rayonu orta məktəbində biologiya müəllimi kimi başlayan Bəhruz Nəzərov daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər bölgə Təcrübə Stansiyasında müxtəlif vəzifələrdə çalışıb.

O, həmçinin Tərtər Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzində, Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Təlim Mərkəzində direktor, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində direktor müavini, eləcə də Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Mərkəzində rəhbər vəzifələrdə fəaliyyət göstərib.

2024-cü ildən etibarən Bərdə Dövlət Peşə Təhsil Mərkəzində çalışıb və eyni zamanda təlimçi müəllim kimi fəaliyyət göstərib.

 

Избранный
38
8
redaktor.az

6Источники