Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yollarda sürətə nəzarət üçün yeni və innovativ həll diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, “ağıllı sürət azaldıcı” kimi təqdim olunan bu sistem xüsusi xüsusiyyətlərə malik qeyri-Nyuton maye əsasında işləyir. Bu materialın əsas fərqi ondan ibarətdir ki, ona tətbiq olunan qüvvədən asılı olaraq davranışını dəyişir.
Məlumata görə, nəqliyyat vasitəsi sürət azaldıcının üzərindən aşağı sürətlə keçdikdə, maye yumşaq qalır və keçid sürücü üçün rahat, demək olar ki, hiss olunmadan baş verir. Lakin avtomobil yüksək sürətlə yaxınlaşdıqda, yaranan ani təzyiq nəticəsində material dərhal sərtləşir və daha böyük müqavimət göstərir. Bu isə avtomobilin təbii şəkildə yavaşlamasına səbəb olur.
Beləliklə, sistemin iş prinsipi olduqca sadə və effektivdir. Yavaş hərəkət edən sürücü əlavə narahatlıq hiss etmir, sürətli hərəkət edən isə avtomatik olaraq daha çox müqavimətlə qarşılaşır.
Ekspertlər bildirirlər ki, bu texnologiyanın üstün cəhətlərindən biri də onun işləməsi üçün heç bir elektronika, sensor və ya əlavə enerji mənbəyinə ehtiyac olmamasıdır. Sistem tamamilə fiziki qanunlar əsasında fəaliyyət göstərir.
Mütəxəssislərin fikrincə, bu cür sadə, lakin ağıllı həllər gələcəkdə yol təhlükəsizliyinin artırılmasında mühüm rol oynaya bilər və ənənəvi sürət azaldıcıların alternativi kimi geniş tətbiq oluna bilər.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.