RU

Aİ sabah Ukraynaya 90 milyard avroluq kreditin verilməsi qərarını təsdiqləyə bilər

BAKI, 21 aprel. TELEQRAF

“Sabah Ukraynaya 90 milyard avro kredit dəstəyinin verilməsi ilə bağlı müsbət qərarın verilməsi gözlənilir”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Əvvəlcə Ukraynadakı müharibəni müzakirə edəcəyik və sabah 90 milyardlıq kreditlə bağlı müsbət qərarlar gözləyirik”, - o bildirib.

Kallas qeyd edib ki, Ukraynanın bu kreditə ehtiyacı var.

Macarıstanın yeni Baş naziri Peter Madyarın administrasiyasından gözləntilər barədə soruşulduqda o, gələcək hökumətin adından danışmayacağını, bu məsələlərin Peter Madyar işə başladıqdan sonra aydınlaşdırıla biləcəyini vurğulayıb.

Избранный
21
teleqraf.com

1Источники