RU

Ağstafaya əlavə qatar reysləri təyin edilib

ADY sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Избранный
9
5
ucnoqta.az

10Источники