RU

Luka Modriç Xorvatiyada 14-cü dəfə ilin futbolçusu seçilib

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı futbolçu karyerası ərzində 14-cü, ardıcıl olaraq isə 13-cü dəfə bu titula sahib çıxıb.

Luka Modriç 2025-ci ilin yayında azad agent statusu ilə İtaliya təmsilçisinə keçib.

Təcrübəli yarımmüdafiəçi cari mövsümdə "Milan"ın heyətində bütün turnirlər daxil olmaqla 35 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Luka Modriçin klubla müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Избранный
20
1
far.az

2Источники