Qol.az saytına istinadən ain.az xəbər verir.
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
"Mançester Siti"nin hücumçusu Erling Haaland İngiltərə Premyer Liqasının 33-cü turunda "Arsenal" üzərində 2:1 hesablı qələbəsindən sonra açıqlama verib.
QOL.az xəbər verir ki, norveçli forvard "The Telegraph"a açıqlamasında mattç zamanı "Arsenal"ın müdafiəçisi Qabriellə yaşadığı sərt mübarizədən danışıb. Oyunun ikinci hissəsində baş verən epizodların birində rəqib futbolçu onun formasını cırıb.
Haaland bu barədə deyib: “Deyəsən, formam bir az cırıldı! Üstəlik, buna görə qayda pozuntusu da verilmədi. İndi Premyer Liqa belədir. Burada sanki güləş gedir. Çoxlu mübarizə, çoxlu cızıqlar var. Bəziləri isə sevgilimin xoşuna gəlmir, çünki bir az qəribə görünür. Amma reallıq budur”.
Qeyd edək ki, bu nəticədən sonra ehtiyatda daha bir oyunu olan "Mançester Siti" 67 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Arsenal" isə 70 xalla liderdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.