Avropa İttifaqı Ukraynaya €90 milyard həcmində kredit ayrılması məsələsini yekun mərhələyə çıxarıb.
APA xəbər verir ki, aprelin 22-də keçiriləcək iclasda bu məsələ Aİ-nin çoxillik maliyyə çərçivəsinə dəyişiklik edilməklə təsdiqlənə bilər.
Qeyd olunur ki, qərarın müzakirəsiz qəbul olunması ehtimalı yüksəkdir və bu, Kiyevə maliyyə dəstəyinin təmin edilməsi üçün son hüquqi addım olacaq.