RU

Yüz minlik ABŞ ordusu İrana daxil olarsa... Polkovnikdən dəhşətli ssenari

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Devis Prezident Donald Trampı İranla müharibənin reallığını qəbul etməyə və münaqişəyə son qoymağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Polkovnik qeyd edib ki, növbəti 48-72 saat ölkənin maraqları üçün həlledici ola bilər:

“Ağ Ev lideri İranı məhv etməyə cəhd edərsə, Amerika ordusu və milli təhlükəsizliyi ciddi ziyan görəcək. Yaxın Şərqdə gərginlik qlobal iqtisadiyyatı “partlada” və ABŞ iqtisadiyyatının bərpasını uzada bilər”.

O həmçinin qeyd edib ki, İranın coğrafiyası və ölçüsü, müdafiə qabiliyyəti və mədəniyyəti Vaşinqtonun mövcud resursları ilə aradan qaldırıla bilməz.

“Yüz minlik quru qoşunu da daxil olmaqla, bütün qüvvələrimizi yerləşdirmək qərarına gəlsək belə, sadəcə itkilərimiz artar. Reallığı qəbul etməyin, zərəri məhdudlaşdırmağın və bu müharibəni diplomatik yolla bitirməyin vaxtıdır”, – polkovnik fikrini yekunlaşdırıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
globalinfo.az

1Источники