RU

Sosial media fenomeni yarış zamanı gözdən itdi: meyiti tapıldı

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sosial mediada sağlam həyat tərzi paylaşımları ilə tanınan 38 yaşlı Mara Flacia Araujo, ABŞ-ın Texas ştatında keçirilən "Ironman" yarışında göldə boğularaq dünyasını dəyişib.

Ölkə.Az xəbər verir ki, Braziliyada yaşayan və bir müddətdir yarış üçün ABŞ-da olan Araujo, "Memorial Hermann Ironman" turnirinin üzgüçülük mərhələsi zamanı suda gözdən itib. Qaçış, velosiped və üzgüçülükdən ibarət olan çətin sınaqda iştirak edən idmançının cansız bədəni gölün təxminən 3 metr dərinliyində tapılıb.

Braziliya mətbuatına danışan rəfiqəsi Araujonun yarışdan əvvəl özünü pis hiss etdiyini bildirib:

"Xəstə idi, zəif olduğunu və yarışmamasını dedik, amma dinləmədi. Qrip keçirmişdi".

Maraqlıdır ki, Araujo daha əvvəl verdiyi müsahibələrdə triatlonla məşğul olmağa 8 il əvvəl, məhz sağlamlıq problemlərini aradan qaldırmaq üçün başladığını bildirmişdi. Onun ölümündən bir qədər əvvəl məşq zamanı etdiyi son paylaşımında "Bax, yeni bir gün" qeydini yazması izləyicilərini kədərləndirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
3
olke.az

4Источники