Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə türk müğənni Çelik arasında qalmaqal yaşanıb.Bizim.Media xəbər verir ki, buna səbəb Hüseynin Çelikin Heydər Əliyev Sarayında baş tutan konsertindən sonrakı paylaşımı olub.O, Çelikin tamaşaçılara hörmətsizlik etməsi iddiasına sərt irad bildirib:“Gözəl xalqım, günah sizdədir ki, bunun konsertinə bilet alıb gedirsiniz və hörmətsizlik görürsünüz. İnsanlara sayğı göstər. Zatən sənətin, mahnı oxumağın bərbaddır. İnsan ol, anti-musiqiçi”.Çelik isə Hüseynə şərhdə cavab verib:“Çəkmənin qarışqa ilə heç bir davası olmaz. Türkcə anlamayacağını düşündüyüm üçün ingiliscə yazdım. Heç vaxt boy ölçüşə bilməyəcəyin bir karyera və insan haqqında, satın aldığın saxta izləyicilərlə mənim şəkilimdən istifadə edərək paylaşım etməyin gülüncdür. Azərbaycanı, azərbaycanlıları və 3 il yaşadığım Bakını çox sevirəm. Məni sizdən daha çox sevmələrini həzm edə bilmirsiniz, deyəsən?!"
Sara, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.