RU

Rusiya qüvvələri Sum vilayətində 4 km irəliləyib Mühasirə iddiaları təkzib olunur

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynanın şimal-şərqində yerləşən Sum vilayətində Rusiya qüvvələrinin müəyyən irəliləyiş əldə etdiyi bildirilir. Bu barədə Birləşmiş Qüvvələr Qruplaşmasının sözçüsü Viktor Trequbov “Unian”a açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, Rusiya qüvvələri dövlət sərhədindən təxminən 3-4 kilometr içəri daxil ola bilib. Bununla belə, vilayət mərkəzi olan Sumı şəhərinə qədər hələ 35 kilometr məsafə qalır.

Trequbov sosial şəbəkələrdə yayılan və şəhərin guya “yarım mühasirəyə alındığı” barədə iddiaları qəti şəkildə təkzib edib.

“Bu, reallığı əks etdirmir,” – deyə o vurğulayıb.

Sözçü bildirib ki, Rusiya qüvvələri bir neçə ay ərzində sərhədə yaxın ərazilərdən Sum vilayətinə daxil olmağa cəhd göstərib və nəticədə sərhəd yaxınlığında yerləşən iki kəndi tam nəzarətə götürə bilib.

Onun sözlərinə görə, mövcud vəziyyəti nəzərə alaraq “yarım mühasirə” kimi ifadələrin işlədilməsi düzgün deyil və müharibə şəraitində terminlərin düzgün seçilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, son aylarda Rusiya tərəfi Sum istiqamətində hərbi mövcudluğunu artırır. DeepState layihəsinin məlumatına görə, aprelin 19-da Rusiya qüvvələri Krasnopil icması ərazisində yerləşən Proxodı və Taratutino yaşayış məntəqələri yaxınlığında da irəliləyiş əldə edib.

Bundan əvvəl isə Rusiya hərbçilərinin sərhədyanı kəndlərdə mülki şəxsləri qaçırması ilə bağlı məlumatlar yayılmışdı. 2025-ci ilin dekabrında Qrabovske kəndindən 52, mart ayında isə Sopıç kəndindən 19 nəfərin Rusiyaya aparıldığı bildirilirdi.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
azpolitika.info

1Источники