Türkiyənin məşhur müğənnisi Ebru Gündeş konsertdə etdiyi estetik etirafı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, məşhur müğənni tamaşaçılara üz tutaraq: "Bu gün məni bəyəndiniz? Çox gözələm? Üzümdə bir fərqlilik hiss etdiniz? Sizin üçün yarım üzgərmə etdirdim. Özüm üçün yox. 10 yaş cavanlaşdım" - deyib.
İzləyicilər arasında olan rejissor Yılmaz Erdoğan isə "20 yaş cavanlaşdın" deyə səslənib. Ardınca Gündeş Erdoğana zarafatla bunları söyləyib:
"O zaman "Organize İşler"də Kıvanç Tatlıtuğ ilə mənə bir rol yaz. Qarşılıqlı səhnəmiz olsun. Yazacaqsan, elə deyilmi?". (olay.az)

Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта