Dünyanın hər yerindən olan istifadəçilər "OpenAI" şirkətinin məşhur "ChatGPT" çat-botunun fəaliyyətində qlobal nasazlığın yarandığını bildiriblər.
Aznews.az xəbər verir ki, bunu "Downdetector"un məlumatları göstərir.
Nasazlıqlar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur.
İnsanlar şəxsi kabinetə giriş problemlərindən, saytdakı nasazlıqdan və "ChatGPT"nin sorğulara gec cavab verməsindən şikayətlənirlər. Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olur.