RU

Pakistan ABŞ və İran arasında diplomatik təmasları gücləndirir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ilə telefon danışığında İran limanlarına tətbiq olunan blokadanın dayandırılması ilə bağlı tövsiyəni nəzərə alacağını bildirib. Bu addımın müharibənin dayandırılması üzrə aparılan danışıqlara təsir göstərə biləcəyi vurğulanıb.

AZƏRTAC “əl-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bunu Pakistanın təhlükəsizlik üzrə adının çəkilməsini istəməyən rəsmisi bu gün bildirib.

Qeyd olunur ki, Vaşinqton və Tehran arasında əldə olunmuş atəşkəs rejiminin pozulması ilə bağlı narahatlıqlar artmaqdadır. Belə ki, ABŞ İran limanlarına tətbiq olunan blokadanı yarmağa cəhd göstərən yük gəmisini saxladığını açıqlayıb. Rəsmi Tehran isə bu addıma cavab verəcəyini bəyan edib.

Bununla yanaşı, İran ABŞ-la danışıqların ikinci mərhələsində iştirak etməyəcəyini açıqlayıb. Eyni zamanda, Pakistan bazar günündən etibarən Vaşinqton və Tehranla diplomatik təmaslarını intensivləşdirərək danışıqların aprelin 21-dək qədər bərpa olunmasına çalışır.

Избранный
24
1
azerbaijan-news.az

2Источники