RU

Azərbaycan karateçisi dünya çempionatında mübarizə aparacaq

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycanlı karateçi Ülvi Məmmədov şotokan üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı İstanbul şəhərində təşkilən olunacaq yarışda böyüklər arasında tatamiyə çıxacaq

Ülvi Məmmədov son dövrlərdə uğurlu çıxışları ilə seçilən idmançılar sırasındadır.

Azərbaycanı həmin yarışda deflimpiya, parakarate, fərdi kumite və kata üzrə ümumilikdə 55-dən çox idmançı təmsil edəcək. Onlar müxtəlif çəki dərəcələrində çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı aprelin 24-26-da təşkil olunacaq.

Избранный
75
3
azertag.az

5Источники