RU

Tıxacdan yayınmaq istəyən sürücü qarşı zolağa çıxıb yolu bağladı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 18-də saat 18:15 radələrində qeydə alınıb. Görüntülərdə tıxacdan yayınmağa çalışan 10-UD-628 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət etdiyi əks olunur.

Bu zaman sürücü qarşıdan gələn nəqliyyat vasitələrinin yolunu kəsərək təhlükə yaradıb. Qısa müddət sonra çıxılmaz vəziyyətə düşən sürücü geriyə manevr edərək yenidən öz zolağına qayıdıb. Lakin bu addım da həmin zolaqda hərəkətdə olan digər avtomobillərin hərəkətini ləngidib və tıxacın daha da artmasına səbəb olub.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
avtosfer.az

1Источники