ABŞ Prezidenti Donald Tramp İranın yüksək rütbəli liderləri ilə görüşməyə hazırdır.
Bizim.Media-nın məlumatına görə, Donald Tramp “New York Post”a deyib ki, danışıqlarda irəliləyiş olsa, İranın yüksək rütbəli liderləri ilə görüşməyə hazırdır.
“Biz danışıqlar aparacağıq. Məncə bu məqamda heç kim oyun oynamır”, - Tramp əlavə edib.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl vitse-prezident Cey. Di. Vensin rəhbərlik etdiyi nümayəndə heyətinin İranla danışıqlar üçün Pakistana yola düşdüyünü açıqlayıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта