RU

İmişli sakinini elektrik cərəyanı vurdu

İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurub.

"Yeni Sabah" xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.

1967-ci il təvəllüdlü İmişli şəhər sakini Mehman Cavadov yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
25
4
yenisabah.az

4Источники