RU

"ABŞ-nin Hörmüz boğazını blokadaya alması vəziyyəti mürəkkəbləşdirir" - Politoloq

Bu həftə İslamabadda ABŞ və İran arasında ikinci görüşün baş tutacağı gözlənilsə də, ancaq dünən məlumat yayıldı ki, İran danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib.

Bəs İranın bu addımı atmasına səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Orucov bildirdi ki, İran ilə ABŞ arasında danışıqların ikinci raundunun baş tutuması üçün ilk növbədə belə bir mütin formalaşmasına zərurət var.

“Tərəflər gərginliyi artıran addımlardan maksimum dərəcədə qaçmalı, kəskin qarşılıqlı ritorikadan imtina etməlidir. Lakin ABŞ-nin İran tankerini ələ keçirməsi, hədələyici tonu, Hörmüz boğazını blokadaya alması vəziyyəti mürəkkəbləşdirir. İran və ABŞ arasında danışıqları çətinləşdirən amillərdən biri də maksimalist yanaşmadır. Qarşılıqlı kompromisə yer verilməməsidir. Vaşinqton və Tehran elə şərtlər irəli sürürlər ki, bu şərtlər razılaşmalara imkan vermir. Həmçinin əvvəlcədən nəticənin uğursuzluğunu şərtləndirir. İran müharibənin bitməsini və bir daha təcavüzə məruz qalmayacağının təminatını istəyir. Atəşkəs müharibənin bitməsi anlamına gəlmir və bu, İranı daimi təhdid altında saxlayır. Ona görə də İslamabada nümayəndə heyəti göndərməyə həvəs göstərmir. 21 apreldə İran-ABŞ arasında əldə edilən iki həftəlik atəşkəs rejimi başa çatır. Bu müddətdən tərəflərin danışıqlar üçün deyil, yeni toqquşma üçün istifadə etdiyini desək, yanılmarıq. Əgər sabah İslamabadda ABŞ və İran nümayəndə heyətləri görüşüb yeni bir anlaşma əldə etməsələr, hərbi əməliyyatların bərpası qaçılmaz olacaq. İsrailin Baş naziri Benyamin Netanyahu bunun anonsunu Argentina Prezidenti ilə keçirdiyi görüşdəki birgə konfrans zamanı siqnallarla vermişdi”, - deyə o qeyd etdi.

NURİYYƏ

Избранный
28
1
redaktor.az

2Источники