RU

Şimal-qərb bölgəsi üzrə maksimum bal toplayan şagirdin adı BİLİNDİ

Martın 9-da keçirilən XI sinif buraxılış imtahanlarında şimal-qərb bölgəsi üzrə maksimum bal toplayan şagirdin adı məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aylin Rəhimli 298 bal toplayaraq region üzrə ən yüksək nəticəni əldə edib.

Aylin dərs əlaçısı kimi tədrisdə bir neçə dəfə uğura imza atıb. O, növbəti imtahanlara da səylə hazırlaşır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
14
bizim.media

1Источники