RU

Zəiflik əlaməti ölümcül xəstəliyəÇEVRİLDİ

Böyük Britaniyada kollec tələbəsi Erin Teylor əvvəlcə əl və ayaqlarındakı zəifliyi idman azlığı ilə əlaqələndirib, lakin sonradan bunun sağalmaz xəstəlik — amiotrofik lateral skleroz (ALS) olduğu məlum olub. Bu xəstəlik hərəkəti idarə edən sinir hüceyrələrinin tədricən məhv olması ilə xarakterizə olunur.

Redaktor.az xəbər verir ki, hadisəni “Daily Mail” yayıb.

Teylor 2022-ci ildə 22 yaşında olarkən əllərində və ayaqlarında qəfil zəiflik və əzələ titrəmələri hiss edib. O, əvvəlcə bunu stress və idman etməməsi ilə əlaqələndirib. Lakin zaman keçdikcə səsi dəyişib, bədəni sərtləşib və yeriməsi çətinləşib. O, idmana başlasa da, güclənmədiyini hiss edib.

Bir il sonra həkimlər ona ALS diaqnozu qoyublar. Buna baxmayaraq, o, kollecini bitirib. Amma 2026-cı ilə qədər vəziyyəti pisləşib və əlil arabasına məhkum olub. Hazırda danışa bilmir, tək başına yeyə və yuyuna bilmir. Həkimlər onun ömrünün ən yaxşı halda iki il ola biləcəyini bildirirlər.

Aytəkin TOFİQQIZI

Избранный
35
1
redaktor.az

2Источники