ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Yaponiyada baş verən güclü zəlzələ səbəbindən təxminən 180 min nəfər üçün təxliyə elan olunub.
Redaktor.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yanğından Mühafizə İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Hokkaydo, Aomori, İvate, Miyaqi və Fukusima prefekturalarında ümumilikdə 182 min nəfərin təxliyəsi qərara alınıb. Buna səbəb maqnitudası 7,7 olan zəlzələdir.
Qeyd edək ki, daha əvvəl həmin bölgələrdə 156 nəfər üçün təxliyə elan olunduğu bildirilirdi.
Zəlzələ Honşu adasının şimal hissəsində yerləşən Aomori prefekturasında qeydə alınıb. Yaponiyanın şimal-şərq sahillərində yaşayan sakinlərə mümkün sunami təhlükəsi barədə xəbərdarlıq edilib.
Hadisədən sonra Miyaqi prefekturasındakı “Onaqava” Atom Elektrik Stansiyasında yoxlamalara başlanıb. Həmçinin “Fukusima-1”, “Fukusima-2” və Aomori prefekturasındakı “Hiqaşidori” AES-lərdə də mümkün nasazlıqlarla bağlı araşdırmalar aparılır.
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.