Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Məşhur müğənni Alla Puqaçovanın maliyyə vəziyyəti ilə bağlı diqqət çəkən məlumatlar yayılıb.
Milli.Az xəbər verir ki, "Shot" Telegram kanalının məlumatına görə, sənətçi son dörd il ərzində Rusiya bank hesablarına təxminən 120 milyon rubl vəsait yatırıb. Bildirilir ki, bu məbləğin böyük hissəsi faizli əmanət hesablarında saxlanılıb.
Mənbənin iddiasına əsasən, 2022-ci ildən etibarən Puqaçovanın hesablarında ümumilikdə 119 milyon rubl toplanıb. Bunun təxminən 11,5 milyon rublu isə bank faizlərindən əldə olunan gəlir kimi qeyd olunur.
Bundan əvvəl mediada Puqaçovanın Kreml yaxınlığındakı mənzilinə görə kommunal borcunun yarandığı və məbləğin təxminən 100 min rubl olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Hazırda ailə Kiprdə yaşayır.
Fidan
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.