
NATO-nun baş katibi Mark Rutte mayın 13-də Türkiyəyə səfər edəcək.
Alyansın mətbuat xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirəcək.
Bildirilib ki, bu səfər NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin mayın 14–15-də Antalyada keçiriləcək qeyri-rəsmi toplantısına hazırlıq məqsədi daşıyır.
Mətbuat xidmətinin məlumatına əsasən, səfərin yekunlarına dair Mark Ruttenin mətbuat konfransı keçirməsi planlaşdırılmır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта