RU

Azərbaycan və Şri-Lanka arasında əməkdaşlıq imkanları müzakirə olundu - YENİLƏNİB+FOTO

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının kənd yerlənin inkişafı, sosial müdafiə və icmaların güncləndirilməsi naziri Upali Panilaqe ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Şri-Lanka arasında əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti yüksək qiymətləndirilib. Siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
 
İqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Turizm sahəsində mövcud potensialın daha səmərəli istifadə olunmasının digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərə biləcəyi vurğulanıb.
 
Görüş zamanı, Şri-Lankada baş verən təbii fəlakət nəticəsində zərərçəkənlərə humanitar yardım göstərilməsinə görə Şri-Lanka tərəfi minnətdarlığını bildirib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
12:20
 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının Kənd İnkişafı, Sosial Təminat və İcmaların Səlahiyyətləndirilməsi naziri Upali Pannilage ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd edilib ki, nazirlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişafını yüksək qiymətləndirib, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
 
Şri Lanka tərəfi son təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən göstərilən humanitar yardıma görə dərin minnətdarlığını ifadə edib.
 
Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması məsələlərinə xüsusi diqqət yetirilib. Turizmin daha geniş əməkdaşlıq üçün mühüm amil olduğu vurğulanıb.
 
Bundan əlavə, Şri Lanka vətəndaşları üçün təqaüd imkanları da görüş zamanı qeyd olunub.
 
Tərəflər bildiriblər ki, xarici işlər nazirləri arasında məsləhətləşmə mexanizmindən istifadə olunması, eləcə də çoxtərəfli platformalarda səylərin əlaqələndirilməsi ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verəcək.
Избранный
12
4
moderator.az

10Источники