Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-a daxil olan məlumata görə, hadisə aprelin 19-da saat 10:07 radələrində qeydə alınıb. Video izləyicilərdən biri tərəfindən saytın “Instagram” hesabına göndərilib.
Kadrlardan aydın olur ki, 15-BL-502 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq bu vəziyyətdə hərəkətini davam etdirib. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb. Şikayətçinin sözlərinə görə, o, son anda sağa manevr edərək baş verə biləcək ağır yol-nəqliyyat hadisəsinin qarşısını alıb.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.