RU

“Yeraltı”nın ulduzu susmadı - Məktəbdəki faciə barədə danışdı

Ekin Mert Daymaz məktəblərdə son vaxtlar baş verən hadisələrlə bağlı səslənən ittihamlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, “Yeraltı” serialında rol alan aktyor bəzi çevrələrdə səsləndirilən “bu cür faciələrə mafiya mövzulu seriallar səbəb olur” fikri ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, təkcə ekran işlərini günahlandırmaq doğru yanaşma deyil.

Daymaz bildirib ki, bir insan belə addımı atmağa meyllidirsə, bunu yalnız seriala bağlamaq mümkün deyil. Aktyor hesab edir ki, bu gün internetdə saysız-hesabsız oxşar məzmun var və tamaşaçı istənilən halda bu tip materiallarla qarşılaşa bilər.

O vurğulayıb ki, məsələni yalnız serialların üzərinə atmaq reallığı tam əks etdirmir. Daymazın fikrincə, burada daha dərin sosial və psixoloji səbəblər də nəzərə alınmalıdır.

Qeyd edək ki, Ekin Mert Daymaz “Yeraltı” serialında “Ferhat” obrazını canlandırır.


Telegram kanalımız
Избранный
14
1
yenisabah.az

2Источники