ain.az bildirir, Sherg.az portalına istinadən.
“BMT-nin zəifliyi ifşa olundu, beynəlxalq sistem böhran həddindədir”
Antalya Diplomatiya Forumu siyasi təlatümlərin dünyamızda nə kimi izlər buraxdığını bir daha ortaya qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi Antalya Forumunda 150 dövləti təmsil edən iştirakçılar geosiyasi gərginlik, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiqləri müzakirə etdilər. Qeyd edək ki, Beşinci Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" idi.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirdi ki, Antalya Forumu təhlükəsizliyə və qlobal ticarətin inkişafina çağırış oldu: 
- Orta Şərqdə və həmçinin Cənubi Qafqazda hər zaman sabitliyi pozmaq istəyən qüvvələr olub və olacaq. Bu regionların strateji əhəmiyyəti, zəngin təbii ehtiyatları və digər faktorlar iddialı ölkələrin maraqlarını toqquşdurur. Regiona maraq göstərən bu ölkələrin ziddiyyətli münasibətləri, imperiya düşüncələrindən əl çəkməmələri bölgəyə təhdiddir. Beynəlxalq hüquqa etinasızlıq, BMT-nin gücsüz, dişsiz quruma çevrilməsi real vəziyyətin xeyli ağırlığından xəbər verir. Əgər diplomatiya arxa plana keçirsə, o zaman silahlar işə düşür.
Məhz belə məqamda V Antalya Diplomatiya Forumu baş tutdu. Toplantıda region və həmçinin dünya üçün əhəmiyyətli təkliflər səsləndirildi. Əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu. Bu forum fikir bildirmək və mövcud vəziyyəti təhlil etmək üçün önəmli platforma idi. Müşahidələrimizə əsasən onu qeyd etmək olar ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı status -kvo və Ermənistanla münasibətlərin normallaşdırılması, ən əsası sülh modeli geniş auditoriyaya təqdim olundu. Qlobal ticarətin inkişafı və əsası təhlükəsizliyin davamlı təmin edilməsi ilə bağlı fikirlər səsləndi. Xüsusilə,Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirdi: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regiondakı bütün ölkələrin inkişafına töhfə verəcək”. Təbii ki, Orta Şərqi qan gölünə çevirmək istəyən qüvvələrin öz iddialarından, regiona dəhşət saçan taktikalarında çəkindirmək üçün daha kəskin addımlara ehtiyac var. BMT-nin gücsüz duruma düşməsi, beynəlxalq hüququn başıqapazlı olması ABŞ-İsrail-İran müharibəsinin başa çatmasına imkan verməyəcək. Amma, lakin yeni mərkəzlərinin formalaşması belə qanlı toqquşmaları durdura bilər. Artıq elə güc mərkəzinin konturları sezilməkdədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.