RU

Hindistanda fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb

Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb. Oxuməni.az xəbər verir ki, bu barədə “TASS” ştat polisinə istinadla məlumat verib.

Hadisə zamanı binada təxminən 40 işçi olub. Partlayış o qədər güclü olub ki, bir neçə istehsal müəssisəsini dağıdıb.

Yaralılar xəstəxanalara aparılıb, bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir və araşdırma başlanıb. İlkin məlumatlara görə, faciəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Almaz Həsənli

Избранный
23
oxumeni.az

1Источники