RU

KTMT Cənubi Qafqazda davamlı sülhün bərqərar olacağına ümid edir

Moskva, 20 aprel, AZƏRTAC

KTMT Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında müsbət tendensiyaları diqqətə çatdırır və regionda davamlı sülhün bərqərar olacağına ümid edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Taatbek Masadıkov Moskvada keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında bildirib.

O, təşkilatın Qafqaz kollektiv təhlükəsizlik regionundakı vəziyyətə diqqət yetirdiyini və Bakı ilə Yerevan arasında dövlətlərarası hərtərəfli sülh müqaviləsinin imzalanması istiqamətində təşviqedici tendensiyaları qeyd etdiyini bildirib.

Masadıkov vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün etibarlı yoldur.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Избранный
14
azertag.az

1Источники