RU

“Titanik” gəmisindən sağ çıxan şəxsin xilasedici jileti rekord qiymətə satılıb

Bakı, 20 aprel, AZƏRTAC

Okeanda batan məşhur “Titanik” gəmisindən sağ çıxan sərnişinin geyindiyi xilasedici jileti Birləşmiş Krallıqda keçirilən hərracda 906.000 dollara satılıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, hərracın təşkilatçıların sözlərinə görə, əşya birinci sinif sərnişin Laura Mabel Francatelliyə məxsus imiş. Xilasedici jiletində sahibinin və eyni xilasetmə qayığından sağ çıxan digər şəxslərin imzaları var.

Bu hərrac “Henry Aldridge & Son” tərəfindən İngiltərənin qərbindəki Devizes şəhərində keçirilən “Titanik” xatirə əşyalarına həsr olunmuş auksionun ən yaddaqalan məqamı olub. Son qiymət satışdan əvvəlki 339.000 dollarlıq proqnozu xeyli üstələyərək 475.000 dollara çatıb. Alıcı anonim telefon təklifi verən şəxs olub.

Eyni hərracda “Titanik” xilasetmə qayıqlarından birinin oturacaq yastığı da 527.000 dollara satılıb. O, ABŞ-dakı “Titanik” muzeylərinin sahibləri tərəfindən əldə edilib.

Hərracı keçirən Endryu Oldric bu satışı nadir bir hadisə kimi təsvir edərək deyib: “Bu, həqiqətən də muzey və ya kolleksiyaçı üçün ömürboyu bir dəfə rast gəlinən fürsətdir”. O əlavə edib ki, “Titanik”in xilasetmə qayığından orijinal lövhə ilə birlikdə tam təsdiqlənmiş bir əşyanın təklif edilməsi də əlamətdardır.

“Titanik” gəmisi 1912-ci il aprelin 15-də səhər saatlarında Atlantik okeanında aysberqə çırpıldıqdan sonra batıb. Gəmi bir neçə saat ərzində okeanın dibinə qərq olan gəminin göyərtəsindəki 2200-dən çox insandan təxminən 1500-ü həyatını itirib.

Избранный
4
2
azertag.az

3Источники