RU

Lukaşenko Putin və Trampı imperator adlandırdı

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampı imperator adlandırıb.Modern.az xəbər verir ki, bu barədə siyasətçi RT-yə müsahibəsində bildirib.

“İstər əvvəllər, istərsə də indi ümumi sevgiyə uyğunlaşmaqdan uzağam. Mən imperator deyiləm, Donald Tramp və ya Vladimir Putin kimi”, - deyə Belarus prezidenti bildirib.“Onlar özlərini sevdirmək barədə düşünməyə imkan verə bilirlər. Mənim isə onlarınkı kimi imkanlarım yoxdur”, - o deyib

Aleksandr Lukaşenko həmçinin Qərb mediasını oxuduğunu və onun haqqında nə dediklərini bildiyini deyib.“Mənim üzərimə müəyyən çirkablar atırlar: diktator və s. Mən buna sakit yanaşıram. Sizi məni “Avropanın son diktatoru” adlandırmağa başlayanda, mən belə reaksiya verdim: “Yaxşı, onda tələsin, çünki mən Avropanın son diktatoruyam”. Zarafat etdim”, - deyə o bildirib.

Belarus prezidenti əlavə edib ki, onun “diktə etmək üçün resursları yoxdur”. Onun sözlərinə görə, Donald Trampın belə resursları var və o, “Venesuelada, Kubada diktə edir, İranda və Çində də diktə etməyə çalışır…”“Diktatura həmişə hansısa məğlubiyyətə, çöküşə gətirib çıxarır”, - deyə Lukaşenko bildirib.O, ABŞ və İran arasındakı hazırkı hərbi münaqişəni nümunə göstərərək əlavə edib ki, bu “tam çöküş olmasa da, məğlubiyyətə bənzər bir şeydir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
modern.az

2Источники