RU

"Hələ qərar verməmişik" - İrandan vacib açıqlama

"Danışıqların növbəti mərhələsi ilə bağlı hələ qərar verməmişik". 

"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomat bildirib ki, Birləşmiş Ştatların hərəkətləri ilə sözləri üst-üstə düşmür: "ABŞ diplomatiya iddiası etsə də, diplomatik prosesin ciddiliyini göstərməyən davranışlar həyata keçirir.

Atəşkəsin lap əvvəlindən Amerikanın etinasızlığı ilə qarşılaşdıq. Əvvəlcə onlar Livanın atəşkəsin bir hissəsi olmadığını dedilər, halbuki Pakistan bunu açıq şəkildə bildirmişdi. Anlaşma əldə edildikdən sonra Hörmüz boğazında dəniz əməliyyatları ilə qarşılaşdıq. Bir neçə saat əvvəl onlar bir gəmiyə hücum etdilər. Bu da atəşkəsin pozulmasıdır. Bu, təcavüz aktının nümunəsidir.

Hərəkətlər sözlərlə üst-üstə düşmür və yalnız İranın bütün prosesə şübhəsini artırır. İran milli maraqları nəzərə alaraq yolu davam etdirmək barədə lazımi qərarı verir.

Amerikanın iki dəfə diplomatiyaya xəyanət etdiyini, İranın əmlakına hücum etdiyini və aktivlərə zərər verdiyini unuda bilmərik. Şübhəsiz ki, İran bütün prosesi var gücü ilə izləyir. Həmçinin, diplomatik proseslərdə düşmənin hiylələrinə qarşı daha diqqətli olmalıyıq". 

Ağarza Elçinoğlu 

Избранный
22
50
unikal.az

10Источники